Latviya və Litvada həyəcan siqnalı: NATO qırıcıları havaya qaldırıldı

Latviya və Litvada həyəcan siqnalı: NATO qırıcıları havaya qaldırıldı

Hazırda oxunan: Latviya və Litvada həyəcan siqnalı: NATO qırıcıları havaya qaldırıldı
647088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Latviya və Litvada noyabrın 10-da hava məkanına mümkün təhdid səbəbindən həyəcan elan edilib. Hər iki ölkədə əhaliyə sığınacaqlara getmək çağırışı edilib, NATO-nun qırıcı təyyarələri isə havaya qaldırılıb.

Bizim.Media xəbər verir ki, Litvanın Milli Böhran İdarəetmə Mərkəzi Belarusun hava məkanından Baltikyanı ölkələrə doğru hərəkət edən naməlum obyekt aşkar edib.

Latviya Silahlı Qüvvələri Belarusla sərhəddə yerləşən Ludza, Auqşdauqava və Kraslava bölgələrinin sakinlərinə təhlükəsiz yerlərə sığınmağı tövsiyə edib. Hava hücumundan müdafiə qüvvələri və pilotsuz uçuş aparatlarına qarşı sistemlər də işə salınıb.

Hadisə səbəbindən Litvanın Vilnüs və Kaunas hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Vilnüs hava limanında uçuşlar qısa müddət sonra bərpa edilib.

Naməlum obyektin mənşəyi və hansı ölkəyə məxsus olduğu barədə hələlik rəsmi məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO