ABŞ-da siyasi qalmaqal – Müdafiə nazirinin impiçmenti gündəmdə

ABŞ-da siyasi qalmaqal – Müdafiə nazirinin impiçmenti gündəmdə

Hazırda oxunan: ABŞ-da siyasi qalmaqal – Müdafiə nazirinin impiçmenti gündəmdə
647057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvləri Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanmasının qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bildirilib ki, konqresmen Tomas Massinin Heqsetə qarşı impiçment qətnaməsinin Məhkəmə Komitəsinə göndərilməsi təklifi 211 səsə qarşı 204 səslə qəbul edilib. Bununla da məsələ ilə bağlı prosedurun növbəti Konqres sessiyasınadək təxirə salınmasına şərait yaranıb.

Massi Pentaqon rəhbərini Konqresin razılığı olmadan İrana qarşı müharibə aparmaqda və
səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Ağ Ev isə impiçment təşəbbüsünə qarşı çıxaraq onu siyasi motivli addım adlandırıb.

ABŞ Prezidenti Donald Tramp isə Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluğundan sonra demokratları bu cür cəhdlərə son qoymağa çağırıb.

Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında respublikaçıların Heqsetə dəstək verdiyini vurğulayaraq demokratların ABŞ-yə zərər vurduğunu iddia edib və onların dayandırılmalı olduğunu qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO