"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Hazırda oxunan: "Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!
647060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

Bizim.Media nocomment.az-a istinadən xəbər verir ki, güc, sədaqət və xəyanətin mərkəzdə dayandığı filmin əsas rollarını Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümit Acar, Erdem Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gençtürk və Erhan Çircioğlu kimi tanınmış aktyorlar bölüşürlər. 

Müxtəlif nəsillərin istedadlı simalarını bir araya gətirən güclü aktyor heyəti layihənin köhnə serialın atmosferini yenidən canlandıracağına işarə edir.

Yeni ekran əsərinin ən diqqətçəkən məqamlarından biri də yüksək səviyyəli texniki təminat və döyüş səhnələridir. Bildirilir ki, filmdəki gərgin toqquşma və aksiyon sekanslarının unikal şəkildə lentə alınması üçün ABŞ-dən xüsusi peşəkar heyət dəvət olunub. Yüksək templi səhnələr və xüsusi effektlərlə zənginləşdirilən film sinemaseverlərə unudulmaz təəssürat bəxş etməyi hədəfləyir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO