Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası üzrə məhkəmə prosesi davam edəcək

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası üzrə məhkəmə prosesi davam edəcək

Hazırda oxunan: Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası üzrə məhkəmə prosesi davam edəcək
647099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da federal hakim prezident Donald Trampın BBC-yə qarşı 10 milyard dollarlıq təzminat iddiası ilə bağlı məhkəmə prosesinin davam etdirilməsinə qərar verib.

Bizim.Media xəbər verir ki, Florida dairə hakimi Cefri Kuntz BBC-nin iddianın rədd edilməsi barədə vəsatətini təmin etməyib.

Hakim Trampın ştatın Haqsız Ticarət Təcrübələri haqqında Qanununun pozulması ilə bağlı ittihamını qəbul etməsə də, böhtan iddialarının məhkəmə prosesinin davam etdirilməsi üçün kifayət qədər hüquqi əsasa malik olduğunu bildirib.

Tramp qərarı sosial şəbəkədə “Böyük qələbə” adlandırıb. Onun dekabrın 11-dək and içərək ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Tramp BBC-ni 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəlki çıxışını sənədli filmdə montaj edərək kontekstdən çıxarmaqda ittiham edir. BBC müxtəlif vaxtlarda etdiyi iki çıxışı birləşdirərək Trampın tərəfdarlarını Kapitoliyə yürüş etməyə və mübarizə aparmağa çağırdığı təəssüratını yaradıb.

Montaj qalmaqalından sonra BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər departamentinin rəhbəri Debora Törness istefa veriblər. BBC montaja görə üzr istəsə də, Trampın təzminat tələbini qəbul etməyib.

Tramp böhtana görə 5 milyard dollar, Florida ştatının ticarət qanunvericiliyinin pozulmasına görə isə daha 5 milyard dollar olmaqla, ümumilikdə 10 milyard dollar təzminat tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO