Uşağa qulluğa görə müavinət kimlərə şamil olunacaq? – Rəsmi açıqlama

Uşağa qulluğa görə müavinət kimlərə şamil olunacaq? – Rəsmi açıqlama

Hazırda oxunan: Uşağa qulluğa görə müavinət kimlərə şamil olunacaq? – Rəsmi açıqlama
647118
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının tələb olunması təklif edilir. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Burada staj tələbi müavinət almaq hüququna aiddir və uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılır”.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

“Mövcud hüquqi tənzimləmədə isə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir.

6 aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin edilməsi, yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması və sistemin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və eyni zamanda gələcəkdə müavinətin məbləğinin artırılması üçün də daha sağlam əsas formalaşdırır”, - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, 2027-ci ildən etibarən 3 yaşınadək uşağa qulluğa görə müavinətin məbləğinin 37 manatdan 100 manata çatdırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO