İrlandiyada Co Baydenə hücum etdilər: “Əllərin qana batıb” – Video

İrlandiyada Co Baydenə hücum etdilər: “Əllərin qana batıb” – Video

Hazırda oxunan: İrlandiyada Co Baydenə hücum etdilər: “Əllərin qana batıb” – Video
647111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın sabiq prezidenti Co Bayden İrlandiyada universitetdə iştirak etdiyi tədbir zamanı Fələstin tərəfdarlarının etirazına məruz qalıb.

Bizim.Media xəbər verir ki, Bayden oğlu Hanter Baydenin mükafat aldığı Dublin Triniti Kollecində keçirilən tədbirə qatılıb.

Fələstin tərəfdarları universitetin qarşısında toplaşaraq Baydenin tədbirdən çıxışını gözləyiblər.

Etirazçılar onun üzərinə müxtəlif əşyalar atıblar. Mühafizəçilər Baydeni qorumaq üçün çətir açıblar.

ABŞ-ın sabiq prezidentini İsrailə qeyd-şərtsiz dəstək verməkdə ittiham edən aksiya iştirakçıları “Əllərin qana batıb” və “Utan!” şüarları səsləndiriblər.

Hadisə zamanı iki nəfər saxlanılıb. Etirazlar Hanter Baydenin çıxışının da yarımçıq kəsilməsinə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO