Ahıl şəxslər üçün sosial xidmələrin əhatə dairəsi genişləndirilə bilər

Ahıl şəxslər üçün sosial xidmələrin əhatə dairəsi genişləndirilə bilər

Hazırda oxunan: Ahıl şəxslər üçün sosial xidmələrin əhatə dairəsi genişləndirilə bilər
647119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi təklif edilib”.

Bizim.Media xəbər verir ki, bu təkliflə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclis 4 komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

O, həmçinin, regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsi məqsədilə müvafiq büdcə ayırmalarının artırılmasını da məqsədəuyğun hesab edib:

"Regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, habelə hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə vaxtında və fasiləsiz təmin edilməsi məqsədilə həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün zəruri ehtiyatların formalaşdırılması istiqamətində maliyyə təminatının gücləndirilməsi; onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına əlçatanlığının artırılması, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın genişləndirilməsi, habelə diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə vəsaitlərinin artırılması; süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqi, xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin maliyyə təminatının dövlət büdcəsində nəzərə alınması vacibdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO