Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək

Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək

Hazırda oxunan: Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
647066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçiriləcək.

Bizim.Media xəbər verir ki, sammitdə 102 ölkənin liderinin və 300-dən çox nazirin iştirakı gözlənilir.

Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Avropa Komissiyası və bir çox beynəlxalq təşkilatın rəsmiləri də konfransda iştirak edəcək.

Zirvənin açılış sessiyasının yerli vaxtla 12:15-də (Bakı vaxtı ilə 13:15) başlanması planlaşdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşin açılış nitqi ilə sessiyada çıxış edəcək.

İki gün davam edəcək Liderlər Sammitində qlobal temperatur artımına nəzarət edilməsi, istixana qazı emissiyalarının azaldılması, təmiz enerjiyə keçid və iqlim maliyyələşdirilməsi kimi mövzular gündəmə gətiriləcək.

Qeyd edək ki, COP31-ə Türkiyənin Ətrah mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sədrlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO