Türkiyədə böyük fond qalmaqalı: Həbs olunanların sayı 123-ə çatdı

Türkiyədə böyük fond qalmaqalı: Həbs olunanların sayı 123-ə çatdı

Hazırda oxunan: Türkiyədə böyük fond qalmaqalı: Həbs olunanların sayı 123-ə çatdı
647091
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə kapital bazarlarında həyata keçirilən qanunsuz əməliyyatlar və qiymət manipulyasiyaları ilə bağlı davam edən genişmiqyaslı istintaq çərçivəsində daha 3 yüksək vəzifəli şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə keçmiş Takasbank-ın Baş Direktoru və Prezident yanında Dövlət Yoxlama Şurasının (DDK) keçmiş sədri Yunus Arıncı, "Kapital"ın İdarə Heyətinin Sədri Ömer Murat Gülkan və "Adil Katılım Bankası"nın təsisçi ortağı Ali Paslı barəsində həbs qətimkan tədbiri seçilib.

Süni əməliyyatlarla fondların dəyərinin 8 ayda 3000%-dən çox qanunsuz artırılması fonında başlayan və 455 mindən çox investora təsir edən böhran çərçivəsində 131 investisiya fondunun ləğvinə qərar verilib.

İstintaq çərçivəsində keçmiş Ailə və Sosial Siyasətlər Naziri Fatma Betül Sayan Kaya, BDDK sədri müavini Muhammet Erişen və bir çox yüksək vəzifəli bürokrat da daxil olmaqla həbs edilənlərin ümumi sayı 123-ə yüksəlib.

Türkiyədə böyük fond qalmaqalı: Həbs olunanların sayı 123-ə çatdı - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO