Ombudsman: “Uşaqların kibertəhdidlərdən qorunması ilə bağlı maliyyələşdirmə artırılsın”

Ombudsman: “Uşaqların kibertəhdidlərdən qorunması ilə bağlı maliyyələşdirmə artırılsın”

Hazırda oxunan: Ombudsman: “Uşaqların kibertəhdidlərdən qorunması ilə bağlı maliyyələşdirmə artırılsın”
647122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uşaqların hüquqlarının müdafiəsi, inklüziv təhsilin inkişafı, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması təklif olunub.

Bizim.Media xəbər verir ki, bu təkliflə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin edilməsi üçün təhsil müəssisələri uyğunlaşdırılmalı, fərdi dəstək xidmətləri təşkil olunmalı və ixtisaslı mütəxəssislərin təminatına maliyyə vəsaiti ayrılmalıdır.

Ombudsman, həmçinin uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən qorunmasına yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılmasını təklif edib.

Səbinə Əliyeva rəqəmsallaşma və süni intellektin əmək bazarına təsirini də diqqətə çatdıraraq işçilərin yenidənhazırlanması və rəqəmsal bacarıqlarının inkişafı proqramlarına maliyyə dəstəyinin nəzərə alınmasını vacib sayıb.

Bununla yanaşı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması zamanı həssas qruplar üçün alternativ xidmət imkanlarının yaradılması, ucqar yaşayış məntəqələrində sosial əhəmiyyətli sərnişindaşıma marşrutlarının maliyyə mexanizmləri ilə dəstəklənməsi təklif olunub.

Ombudsman iqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərdə də həssas qrupların ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Bu çərçivədə əlçatan təxliyə, müvəqqəti yerləşdirmə və sosial yardım imkanlarının təmin edilməsini məqsədəuyğun hesab edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO