Yüksək vəzifəyə təyin olunan Rəşad Əliyev kimdir? - Dosye

Yüksək vəzifəyə təyin olunan Rəşad Əliyev kimdir? - Dosye

Hazırda oxunan: Yüksək vəzifəyə təyin olunan Rəşad Əliyev kimdir? - Dosye
647065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AZCON Mühəndislik və Texnologiya Məktəbində (AZSET) yeni təyinat baş tutub.

Bizim.Media “yurd.media”ya istinadən xəbər verir ki, Rəşad Əliyev AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin təsisçi dekanı vəzifəsinə təyin olunub.

O, məktəbin akademik və inzibati fəaliyyətinə rəhbərlik edəcək.

Təsisçi dekan AZSET-in akademik standartlarının və institusional mədəniyyətinin formalaşdırılmasına, daxili idarəetmə orqanlarının fəaliyyətinə, tədris proqramlarının tanınması, akademik tənzimləmə və elmi dərəcələrin verilməsi ilə bağlı məsələlərə cavabdeh olacaq.

Rəşad Əliyev həmçinin TUMint və AZCON Holdinq ilə məktəbin əsas əlaqələndirici nümayəndəsi kimi çıxış edəcək.

Qeyd edək ki, AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın (TUMint) dəstəyi ilə ərsəyə gəlib.

AZSET AzTU-nun nəzdində fəaliyyət göstərir və “TUMint”in akademik dəstəyi ilə ödənişsiz, tam ingilis dilində təhsil təqdim edir. Təhsil proqramı hazırda kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.

Azərbaycanın istənilən akkreditə edilmiş ali təhsil müəssisəsində birinci kursun hər iki semestrini tamamlayan əyani formada təhsil alan tələbələr qəbul üçün müraciət edə bilərlər.

Tələbələr tədris prosesinin II kursundan başlayaraq bakalavr təhsilini AZSET-də davam etdirə bilərlər. Onlar məzun olduqda AzTU-nun bakalavr diplomunu və “TUM International GmbH” sertifikatını əldə edəcəklər. Məzunlar eyni zamanda AZCON ekosistemində təcrübə və karyera imkanları qazanacaqlar.

AZSET-in əsas məqsədi sənaye ilə təhsilin inteqrasiyasını təmin edərək Azərbaycanın texnoloji inkişafına töhfə vermək və gələcəyin mühəndislərini yetişdirməkdir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO