“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər”

“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər”

Hazırda oxunan: “Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər”
647063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bazara gedəndə elə bil meyvə-tərəvəz almağa yox, ev almağa gedirsən. Hər dəfə satıcı qiyməti deyəndə adam artıq düşünür ki, maaşının hansı hissəsi ilə vidalaşmağa məcburdur. Bəzən elə qiymətlər olur ki, elə bil pomidoru, xiyarı Marsda yetişdirib bura gətirirlər. Xiyardır da...”

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. 

O, alıcıların bazarda qiymətləri eşitdikdən sonra dərindən ah çəkdiklərini bildirib:

“Son vaxtlar bazarda alıcıların 90 faizi qiyməti eşidəndən sonra dərindən ah çəkir. Ondan sonra qərar verirlər ki, alsınlar, ya yox. Bazar dərindən ah çəkilən yerlərdən biridir.

Fermerin də, alıcının da öz həqiqəti var. Amma məsələ burasındadır ki, ən çox qazanan nə alıcıdır, nə də fermer. Ən çox qazanan ortada olanlardır. Göyərtinin dəstəsini 1 qəpiyə alıb, sonra bizə 20-30 qəpiyə satanlardır. Hələ mən göyərtinin dəstəsindən danışıram”. (axşam.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO