Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA/FOTO

Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA/FOTO
229787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Facebook" sosial şəbəkəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. 
 

Məlumata görə, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur. 


ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib. 

Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA/FOTO - foto 1
Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA/FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO