Bakıya məcburi enən təyyarədən GÖRÜNTÜLƏR

Bakıya məcburi enən təyyarədən GÖRÜNTÜLƏR

Hazırda oxunan: Bakıya məcburi enən təyyarədən GÖRÜNTÜLƏR
227440
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıya məcburi eniş edən Dubay-Moskva təyyarəsində qeyri-etik davranışlar sərgiləyən sərnişin Roman Paxomovun görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, kadrları "BAZA" kanalı paylaşıb.
 

Bildirilir ki, R.Paxomov kabinəyə girəndə ayıq və sakit olub. Sonradan məlum olub ki, o, özü ilə spirtli içki gətirib və uçuş zamanı içib.


Şahidlərin sözlərinə görə, bundan sonra o qışqırıb, işçiləri təpikləyib. Paxomovu saxlamaq mümkün olsa da, dopinq təsiri altında olan təxribatçı plastik qandalları və yapışqan lenti qırıb, bundan sonra əlləri ilə illüminatoru döyəcləməyə başlayıb.

Nəticədə pilotlar təyyarəni Bakıda yerə endirməyi qərara alıblar.

Roman özünə gələndə heç nəyi xatırlamadığını etiraf edib.

Xatırladaq ki, dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.

Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO