Təyyarə qəzasında həyatını itirən pilotun ANASINA – “Lena, sənin oğlun qəhrəmandır” - FOTO

Təyyarə qəzasında həyatını itirən pilotun ANASINA – “Lena, sənin oğlun qəhrəmandır” - FOTO

Hazırda oxunan: Təyyarə qəzasında həyatını itirən pilotun ANASINA – “Lena, sənin oğlun qəhrəmandır” - FOTO
227103
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. 62 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarənin pilotlarından biri də Aleksandr Kalyaninovdur.

Bizim.Media xəbər verir ki, təyyarə qəzası zamanı ilk olaraq göyərtədəki sərnişinlərin həyatını qorumağa çalışan pilotun qəhrəmanlığı sosial şəbəkələrdə geniş əks-səda doğurub.

İstifadəçilər onun anası ilə fotosunu paylaşaraq “Lena, sənin oğlun qəhrəmandır. Belə oğul böyütdüyünə görə çox sağ ol" sözlərini yazıblar.

Həmçinin, pilotun qəhrəmanlığından söz açılaraq ona çoxsaylı müsbət şərh və reaksiyalar gəlib.

Xatırladaq ki, qəzaya uğrayan AZAL təyyarəsində sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.

Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

Təyyarə qəzasında həyatını itirən pilotun ANASINA – “Lena, sənin oğlun qəhrəmandır” - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO