“Media Savadlılığı” Həftəsinə START VERİLDİ

“Media Savadlılığı” Həftəsinə START VERİLDİ

Hazırda oxunan: “Media Savadlılığı” Həftəsinə START VERİLDİ
225508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
 

“Media Savadlılığı” Həftəsi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilir.


Həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi, “medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.

Qeyd edək ki, “Media Savadlılığı” Həftəsi 16-22 dekabr tarixlərini əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO