Abonentlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq

Abonentlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq

Hazırda oxunan: Abonentlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq

225039

Bu gün “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə bu gün saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda vurğulanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO