GDU-da beynəlxalq elmi konfrans keçirilib

GDU-da beynəlxalq elmi konfrans keçirilib

Hazırda oxunan: GDU-da beynəlxalq elmi konfrans keçirilib

224305
Mayın 4-də Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasınınxa0 95xa0 illik yubileyinəxa0 həsrxa0 olunan “Müasir təbiət və iqtisad elmlərininxa0 aktual problemləri” mövzusundaxa0 beynəlxalqxa0 elmixa0 konfransınxa0 açılışı olub.
xa0 xa0
Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən elm-təhsil müəssisələrinin alimləri, gənc doktorantlar və tədqiqatçılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri, eləcə də Rusiya, Türkiyə, Gürcüstan və Ukraynadan olan nüfuzlu alimlər iştirak ediblər.
xa0 xa0 xa0 xa0 xa0xa0
Əvvəlcə konfrans iştirakçıları mərkəzin önündə ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlara burada yaradılan şərait, eləcə də mərkəzin muzeyində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirənxa0 arxiv sənədlərinin surətləri və fotolar haqqında məlumat verilib.
xa0 xa0 xa0 xa0 xa0xa0
Dövlət Himninin səsləndirilməsi ilə konfrans açıq elan edilib.Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülmüş çoxsaylı işlərdən danışıb.Bildirilib ki, bütün fəaliyyəti xalqa və ölkəmizin milli maraqlarına xidmətlə bağlı olan Ulu Öndərin hələ vəzifədə olduğu Sovet hakimiyyəti illərində respublikamızın elmi potensialının yüksəldilməsi üçün böyük işlər həyata keçirilib. Bunun üçün respublikamızda, eləcə də Gəncə şəhərində çoxsaylı ali və orta ixtisas təhsili müəssisələri, elmi tədqiqat institutları fəaliyyətə başlayıb. Mövcud təhsil müəssisələrinin infrastrukturunun genişləndirilməsi və maddi texniki bazasının zənginləşdirilməsi üçün əməli işlər həyata keçirilib. Məhz, 1970-1980-ci illərdə illərdə ilk dəfə olaraq respublikamızdan hər il yüzlərlə gənc ali təhsil almaq üçün Sovet İttifaqının müxtəlif ali təhsil müəssisələrinə göndərilib.
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Vurğulanıb ki, bir zamanlar Ulu Öndərin təşəbbüsü ilə Sovet İttifaqının ən qabaqcıl universitetlərində təhsil alan gənclər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə milli dövlətin qurulmasında kadr potensialının əsasını təşkil edib, dövlətçilik işinə özlərinin ümumi töhfələrini veriblər.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Elmar Vəliyev qeyd edib ki, dünya miqyaslı siyasətçi, işıqlı və parlaq şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi onun qurub yaratdığı Azərbaycanın hər bir guşəsində olduğu kimi, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də əziz tutulur. Məhz, hər il Gəncə şəhərində Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə ayrı-ayrı universitetlər və elm mərkəzlərində beynəlxalq elmi nəzəri və parktik konfranslar, simpoziumlar, elmi müzakirələr təşkil olunur.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istər Sovet hakimiyyəti illərində, istərsə də respublikamız müstəqillik qazandıqdan sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığ istiqamətində görülmüş işlərdən danışıb.
xa0 xa0 xa0 xa0 xa0xa0
“Ümummilli lider Heydər Əliyev deyirdi: Həqiqi müəllim olmaq cəmiyyət üçün çox şərəfli peşədir. Doğrudan da mən cəmiyyətdə müəllimdən yüksək ad tanımıram”. Bu fikirlər yalnız bir siyasətçinin deyil, həm də böyük bir dövlət xadiminin müəllim peşəsinə verdiyi böyük dəyərin ifadəsidir “- deyə Yusif Yusibov qeyd edib.
xa0 xa0 xa0 xa0 xa0 xa0
Rektor bildirib ki, Azərbaycanın bütün sonrakı dövrlər üçün inkişafını möhkəm təməllər üzərində quran, onun müstəqilliyini dönməz və sarsılmaz edən Ulu Öndərin xatirəsi Gəncə Dövlət Universitetinin çoxminli kollektivi tərəfindən daimxa0 əziz tutulur. Hər il GDU-da Dahi Öndərin adı ilə bağlı olaraq çoxsaylı elmi nəzəri, praktiki konfranslar, simpoziumlar, disputlar, sərgilər və xatirə gecəcləri təşkil olunur.
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Heydər Əliyebin 95 illik yubileyi münasibətiləxa0 GDU-da keçirilən beynəlxalq konfransın sayca beşinci olduğunu deyən Yusif Yusibov qeyd edib ki, bir neçə ölkədən çoxsaylı xarici qonaqlarınxa0 iştirakı onu göstərir ki, əvvəlki illərdə olduğu kimi bu il dəxa0 konfransa böyük diqqət var.Bildirilib ki, iki gün davam edəcək konfrans beş istiqamətdə, on yeddi bölmədə fəaliyyət göstərəcək. Konfransın gedişində ayrı-ayrı bölmələrdə 700-dən çox elmi məruzələr dinləniləcək.
xa0 xa0 xa0 xa0 xa0xa0
Ulu Öndərin Azərbaycanda elmin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev respublikamız müstəqillik əldə etdikdən sonraxa0 AMEA –nın qorunub saxlanılmasını və onun işinin müasir tələblər səviyyəsində qurulmasınıxa0 ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu deyib.
xa0 xa0 xa0 xa0 xa0 xa0
Son illərdə Gəncə şəhərinin sürətlə inkişaf etdiyini və burada bir çox beynəlxalq tədbirlərin uğurla keçirildiyini deyən AMEA-nın akademiki, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun direktoru, Vaqif Abbasov bildirib ki, iki günlük konfrans müddtəində müsir təbiət və iqtisad elmlərinin aktual problemləri dinləniləcək.
“Bu gün burada dinlənilən məruzələr, elmin ayrı-ayrı sahələrində alınan müsbət nəticələr və nailiyyətlər bir müddətdən sonra Azərbaycanda iqtidasdiyyatın müxtəlif sahələrinə,xa0 xüsusən hərb sənayesinin inkişafı məqsədilə tətbiq ediləcək” – deyə qeyd edib.
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edərək Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti ilə bağlı onun zəngin dövlətçilik təcrübəsindən, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Bildirilib ki, məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət qurulub. Bu məqsədlə Azərbaycan bir çox beynəlxalq və regional təşkilatlara tam hüquqlu üzv qəbul edilib, çoxsaylı beynəlxalq konvensiyalara qoşulub.xa0 Ölkəmizdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan hüquqi, dünyəvi, demokratik dövlət modeli yaradılıb. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edilib. Konstitusiyada xalq hakimiyyətin mənbəyi kimi təsbit edilib. Eyni zamanda konstitusiyada insan, vətəndaş hüquq və azadlıqlarının təsbiti tam formada öz əksini tapıb. Məhz Ümummilli Liderin gərgin dövlətçilik fəaliyyəti ilə ölkəmizdə demokratik təsisatlar bərqərar edilib, Azərbaycanın müstəqilliyi möhkəm təməllər üzərində qurulduğundan sarsılmaz xarakter alıb.
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Milli Məclisin deputatı,GDU-nun prorektoru Pərvin Kərimzadə öz müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində elm və təhsil sahəsində milli qanunvericiliyin yaradılması, təhsil sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.
xa0 xa0 xa0 xa0 xa0xa0
Sonra konfrans işini plenar iclasla davam etdirib.
xa0 xa0 xa0 xa0 xa0xa0
Moskva Dövlət Universitetinin professoru Andrey Şevelkov “Qeyri-üzvi klatratratlar – kristal qruluşun estetikasından yeni termoelektrik materiallarına doğru”, Bakı Dövlət Universitetinin professoru Eldar Məsimov “Mayelərin struktur temperaturu” və Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov “Azərbaycanın qərb bölgəsinin flora biomüxtəlifliyinin müasir vəzilləti” mövzularında çıxışlar ediblər.

ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti,
texnika üzrə fəlsəfə doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO