Vaxt var idi Bakıya Şərqin Parisi deyirdilər. Heç vaxt özünü kişi sayan birisi kimliyindən asılı olmayaraq bir qadını adam arasında aşağılamazdı. Qadına görə deyil, özünün kişiliyinə görə. Bu hansı əxlaqdır ki, arxasız, kasıb, yiyəsiz qadını efirə çağırasan və onu aşağılamaqla özünü yüksəldəsən??Bəyənmirsənsə niyə çağırlrsan? Sən kimsən ki, bu qədər təkəbbür, bu qədər fironluq nümayiş etdirirsən? Yəni, ətrafımızda kimsələr yoxdur ki, bu işlərin qarşısını alsın? Mən bir həqiqəti bilirəm ki, hansısa qadının əxlaqını bəyənməyən kişi o qadını görməzdən gələr. Ən ağır cəza kimi salamını almaz. Bu olar kübarlıq. Amma, belə davranışın adı nədir bilmirəm, bilsəm də demər əm. Heyf, çox heyf itirdiyimiz kübar kişilərə.. Gör nə günlərə qaldıq...xa0
TV- lər insanları tərbiyə edir. Nə öyrəndi oğlanlar? Qadınlarla necə davranacaqlar küçədə, metroda, avtobusda?
Bu millətin kimliyindən asılı olmayaraq qadınına yiyə çıxmayan kişilərinə necə güvənək?
2 gün bundan öncə əbədiyyətə qovuşmuş Fuad Poladov belə bir addım atardımı?(məsələn)
Siz, bu qadını restoranlara aparıb içki təklif edənlər, sonra çəkib efirə verənlər, hansı millətin qadınını dolayırsınız? Siz gələcəkdə qızınızın, gəlininizin kimlərin əlinə düşəcəyini bilirsinizmi? Sizlər, özünüzdən sonra gələn kişilərə hansı yolları açırsınız? Bu yollardan sizin qızlarınız, gəlinləriniz, qız nəvələriniz şütüyəcək. Bunu unutmayın!!!
Heç kimə pinə etməyin. Çünki, pinə etdiyiniz şeyi yaşamasanız, Allah sizi öldürməz!
Bir də. Kirlətməyin bu ölkəni, bu qadınlarımızı.. Aşağıladığınız hər bir qadınla bu millətin gözündə yox edirsiniz özünüzü də, kişiliyi də..
Durdanə Agayevanın kitabını oxuyun. Bəlkə ayıldınız...
Heyf Bakıdan da, mədəniyyətimizdən də, kübar kişilərimizdən də, ağsaqqallarımızdan da..
Maddi olan hər şeyi qaytarmaq olur, ammadeformasiyaya uğramış kişiliyi kim qaytaracaq?
Bir fikri də əlavə edim..Mən çətin günlər görmuş qadınam. Amma Azərbaycanın harasında olursan olum, Azərbaycanlı ogullara güvənmişəm. Bilmişəm ki, biz qadınları əsirlikdən, pis günlərə düşməkdən qoruyan onlar olacaq. Siyasi baxışlarından, yaşından, məsləyindən asılı olmayaraq. (Durdanə Agayevanin kitabını oxuyun) Hamımızı, ağıllımızı da, dəlimizi də, cavanı da, qocamızı da...
Çox, çox pis oldum. Yanında olan kimsə varsa, mənim adımdan ona ürək- dirək versin.
" Üzülmə bacım, inşaAllah ..
Gülər Əhmədova, keçmiş millət vəkili






























































































