Kirayə adı ilə dövlətdən pul alan kapitan CƏZALANDIRILDI

Kirayə adı ilə dövlətdən pul alan kapitan CƏZALANDIRILDI

Hazırda oxunan: Kirayə adı ilə dövlətdən pul alan kapitan CƏZALANDIRILDI
223070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb.

Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda atasının adına olan evdə yaşayıb. Kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb.

Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 min 765 manat kompensasiya alıb.
Bu əməlinə görə müəllim Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş arvadı və qayınatası da ifadə verib. Onların dedikləri ilə verilmiş ittiham bir daha təsdiq edilib. Qayınata bildirib ki, keçmiş kürəkəninin atasına məxsus evdə qaldığı halda dövlətdən kirayə pulu aldığını qızının boşanma prosesində öyrənib.

Bundan sonra özü də şəxsən aidiyyəti üzrə şikayət edib.

İstintaq dövründə təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib.

Bu səbəbdən İnstitut mülki iddianı geri götürüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elyasov 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvədə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO