İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi – FOTO

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi – FOTO

Hazırda oxunan: İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi – FOTO
222618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, Murad Əsgər oğlu Ağayev başçının köməkçisi təyin olunub.

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub. 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib.

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi – FOTO - foto 1
İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO