
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 27.11.2024
1 dəq oxunma
Qubada yağışdan sonra daha bir evi SU BASDI
Hazırda oxunan: Qubada yağışdan sonra daha bir evi SU BASDI
222605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qubada güclü yağışdan sonra daha bir kənddə yaşayış evinə ziyan dəyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Çiçi kəndində Sitarə Eldarovanın həyətini və evini yağış suları basıb.
MÖVZU İLƏ BAĞLI:
Qubada çirkab suları evlərin həyətinə doldu - FOTO
Yaşlı qadının iki otağı və dəhlizi su ilə dolub. Quba Rayon İcra Hakimiyyəti başçısının Çiçi kəndindəki nümayəndəliyindən Sitarə Eldarovanın evinin yağış sularından təmizlənməsinə başlanıldığı bildirilib.
Qeyd edək ki, bu gün Qubanın Alekseyevka kəndində küçədə kanalizasiya borusu zədələnib və nəticədə çirkab suları yaxınlıqdakı evlərin həyətinə dolub. Hadisə güclü yağışlardan sonra baş verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































