Ziya Məmmədovun oğluna aid edilən “Trump Tower”-in yeni sahibi kimdir? - FOTO

Ziya Məmmədovun oğluna aid edilən “Trump Tower”-in yeni sahibi kimdir? - FOTO

Hazırda oxunan: Ziya Məmmədovun oğluna aid edilən “Trump Tower”-in yeni sahibi kimdir? - FOTO
21789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Donald Trampın oteli kimi tanınan “Trump İnternational Hotel & Tower Baku” layihəsi ilə bağlı xəbər var. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə yaxın zamanda "Trump Tower" “Ritz Carlton Hotel”-i brendi adı altında fəaliyyət göstərəcək. 

“The Ritz Carlton” brendi altında dünyanın bir çox ölkələrində möhtəşəm dizaynlarda hotellər tikilib.

“The Ritz Carlton Hotel”lərinin baş meneceri Martin Kleinmanndır. İstanbulda Boğaz mənzərəli 5 ulduzlu ötellərin çoxu bu brend altında fəaliyyət göstərir. 

Qeyd edək ki, "Trump Tower" əvvəllər beynəlxalq ticarət markasının adını daşıyan Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkətinə aid olduğu iddia olunurdu.

Alçina Amilqızı, Bizim.Media 

Ziya Məmmədovun oğluna aid edilən “Trump Tower”-in yeni sahibi kimdir? - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO