Sabah Bakının 4 rayonunda qaz OLMAYACAQ

Sabah Bakının 4 rayonunda qaz OLMAYACAQ

Hazırda oxunan: Sabah Bakının 4 rayonunda qaz OLMAYACAQ
217627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 25-də saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, “Varovski” və “Xutor” yaşayış ərazilərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Suraxanı rayonunun İ. İsmayılov küçəsinin və Yeni Günəşli qəsəbəsinin Hətəm Allahverdiyev küçəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Təbriz və F.Yusifov küçələrinin, Yasamal rayonunun M.Axundzadə, N.Aşurbəyli və Fuad İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO