Bakcell şirkəti daha bir universitetdə əmək yarmarkasına qatıldı

Bakcell şirkəti daha bir universitetdə əmək yarmarkasına qatıldı

Hazırda oxunan: Bakcell şirkəti daha bir universitetdə əmək yarmarkasına qatıldı

216880
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafınıxa0 diqqət mərkəzində saxlayır.

Bu fəaliyyətin davamı olaraq Bakcell mart ayının 10-daQərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirak etdiyi əmək yarmarkasındauniversitetin tələbə və məzunlarına Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər Bakcell şirkətininxa0 öz müştərilərinə və xidmətlərinəxa0 innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



Qeyd etmək lazimdır ki, Bakcell və Qərbi Kaspi Universiteti arasında 14 dekabr 2017-ci il tarixində imzalanmış AnlaşmaMemorandumuna əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
Bakcell şirkətininxa0 gənclərinxa0 təhsil almasına və karyera qurmasına dəstək göstərirvə beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO