İcra başçıları Bakı Şəhər İcra Hakimiyyətinə ÇAĞIRILDI - Nöqsanlar tənqid edildi

İcra başçıları Bakı Şəhər İcra Hakimiyyətinə ÇAĞIRILDI - Nöqsanlar tənqid edildi

Hazırda oxunan: İcra başçıları Bakı Şəhər İcra Hakimiyyətinə ÇAĞIRILDI - Nöqsanlar tənqid edildi
215065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən  noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.
 

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, son müddət ərzində şəhərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib.


Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, geniş miqyaslı yaşıllaşdırma işləri aparılır. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu işlər ölkənin iqtisadi imkanları hesabına həyata keçirilir,  bu da öz növbəsində ölkənin iqtisadi qüdrətinin göstəricisidir.

Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan video-rolik nümayiş etdirilib, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edilib.

Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO