Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib - Nazir müavini

Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib - Nazir müavini

Hazırda oxunan: Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib - Nazir müavini
214947
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan torpaqlarında 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədilib. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Müdafiə nazirinin müavini Aqil Qurbanov Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar"da (SWIRMO) deyib.

O bildirib ki, bu müddət ərzində davamlı olaraq mülki əhali, infrastruktur, bağçalar, məktəblər atəşə tutulub:

"30 il ərzində həyata keçirilən hərbi cinayətlər nəticəsində təəssüf ki, mülki şəxslər arasında da böyük itkilər olub. Bu müddət ərzində itkin düşmüş 4000 min azərbaycanlı haqqında isə heç bir məlumat verilmir".

Bölgədə uzun illər ərzində basdırılmış minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 2020-ci il 10 Noyabr üçtərəfli bəyannaməsindən sonra 379 nəfər mina qurbanı olub: 

"Azad olunmuş ərazilərdə indiyədək 156 mindən çox partladılmamış sursat aşkar olunaraq zərərsizləşdirilib. Təqdim olunan mina xəritələri isə qeyri-dəqiqdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO