Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir - FOTO

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir - FOTO

Hazırda oxunan: Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir - FOTO
213715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilir.

Bizim.Media xəbər verir ki, Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi baş tutur.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib


Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxsin iştirakı nəzərdə tutulub.

Tədbir zamanı müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşləri təşkil olunacaq.

Həmçinin, müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulub.
 

Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olacaq Konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər altmövzular üzrə çıxışlar olacaq.


Tədbir çərçivəsində BPA-nın strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu nəzərdə tutulub.

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir - FOTO - foto 1
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir - FOTO - foto 2
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO