Sahil Babayevdən nazir müavininin deputat seçilən xanımının yerinə TƏYİNAT

Sahil Babayevdən nazir müavininin deputat seçilən xanımının yerinə TƏYİNAT

Hazırda oxunan: Sahil Babayevdən nazir müavininin deputat seçilən xanımının yerinə TƏYİNAT
213446
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor əvəzi təyin edilib. 

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədova Mətanət Nəbi qızı sözügedən quruma direktor əvəzi  təyin olunub.

Mətanət Məmmədova bu vəzifəyə qədər nazirlik Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri, daha əvvəl isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
 

Xatırladaq ki, 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olan və parlamentə mandat qazanan Nigar Məmmədova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor idi. Artıq onun vəzifəsinə xitam verilib.


Nigar Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun həyat yoldaşıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO