ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla TƏMSİL OLUNDU - FOTO

ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla TƏMSİL OLUNDU - FOTO

Hazırda oxunan: ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla TƏMSİL OLUNDU - FOTO
213324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 24-26 sentyabr tarixlərində Çində keçirilən 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla iştirak edib.

Azərbaycanı sərgidə ADY ilə yanaşı, milli pavilyonda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də təmsil edib.

Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna həsr edilmiş milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olub. Pavilyonda Bakıda keçiriləcək COP29 tədbiri, “yaşıl” nəqliyyat, Azərbaycanın dəmiryol şəbəkəsi, Orta Dəhliz və digər istiqamətlərdə yükdaşımalara aid müxtəlif təqdimatlar və videoçarxlar nümayiş etdirilib.

Həmçinin milli pavilyonu ziyarət edənlərə modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Orta Dəhlizə gətirdiyi əlavə üstünlüklər, optimal yükdaşıma qrafiki və əməliyyatların rəqəmsallaşdırılması haqqında geniş məlumat verilib.

ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla TƏMSİL OLUNDU - FOTO - foto 1
ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla TƏMSİL OLUNDU - FOTO - foto 2
ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla TƏMSİL OLUNDU - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO