Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO

Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO

Hazırda oxunan: Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO
212437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq baxçasına 80 nəfərdən çox müraciət olunub. Ölkə başçısının açılışında iştirak etdiyi baxça yaxın günlərdə fəaliyyətə başlayacaq.

Bizim.Media-nınn yerli bürosu xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov jurnalistlərə açıqlamasında bildirib.

“Prezident İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı açılışı olan obyektlərdən biri Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasıdır. Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb. Artıq körpələr evi-uşaq bağçasına 80-dən artıq müraciət daxil olub”, - deyə o qeyd edib.

Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 1
Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 2
Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 3
Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 4
Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 5
Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 6
Xankəndidəki uşaq bağçasına 80-dən çox müraciət var – RƏSMİ – FOTO - foto 7


Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO