Azərbaycan prezidenti cənab İlham Əliyevin prezident sekilərinin bu ilin 11 aprelində keçirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra, keçiriləcək seçkilərlə bağlı müxtəlif mülahizələr və fikirlər səslənməkdədir.Bizdə bu mülahizələr və fikirlərə daha bir tanınmışın yanaşmasını öyrənmək üçün, hazırda Londonda yaşayan sabiq millət vəkili Rza İbadovla əlaqə saxladıq.
Rza İbadovla olan müsahibəni təqdim edirik:
11 apreldə Azərbaycanda növbədənkənar prezident seçkiləridi.Bununla bağlı mövqeinizi bilmək istərdik?
-Təbii ki mən Prezident seçkilərində birmənalı İlham Əliyevi dəstəkləyirəm və 11 aprel də mütləq gəlib Bakıda səsimidə verəcəyəm.
-Deyirsiniz 11 apreldə gəlib Bakıda səsvermədə iştirak edəcəksiniz. Amma belə bir söz-söhbət var ki,Rza İbadovun Azərbaycana gəlməsinə qadağa qoyulub. Belə olan halda Rza İbadov 11 aprel seçkilərində Bakıda necə səsvermədə iştirak edə biləcək?
Sağ olsun cənab prezidentimiz. Prezidentimizin göstərişi ile mənə tam yaşıl işıq verilib.İstədiyim zaman gəlib-gedirəm.
-Müxalifət düşərgəsinin bir hissəsi seçkiyə gedir,digər bir hissəsi boykot yolu tutur.Azərbaycan müxalifətində təmsil olunanları yaxşı tanıyan biri olaraq sizcə müxalifətimiz nə etmək istəyir?
Müxalifətin nə edəcək gücü nə də bir potensialı nə də bir sosial bazası var. Bunu həm özləri, həm dəbizlər bilirik. Onların kı,yalnız boşstəkanda bir fırtına yaratmaqdır. Ona görə müxalifət eyni şeyi, yəni "şevir tatı,vur tatı”nı edir.
-Azərbaycandan kənardasınız və İngiltərədə yaşayırsınız.Londonda siyasi dairələr və siyasət adamları Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərə hansı prizmadan yanaşırlar?
Bilirsinizİngitərə hökuməti hər hansı bir dövlətin daxili işlərinə qarışmır və görüşdüyüm insanlarda bunu çoxnormalqarşılayırlar. Çünki bilirsiniz burada son parlament seçkiləri də növbədənkənar keçirilib.Çelsi-Qarabağ oyunu üçün Azərbaycanı ziyarət etmiş bir sıra londonlular Bakı və oradakı inkişafdan danışdıkda mən yalnız qürur hissi keçirirəm.
-Rza müəllim bildiyiniz kimi mart ayında Rusiyada da prezidnet seçkiləri keçiriləcək.Bəzi təhlilçilər hesab edir ki, Rusiyadak keçiriləcək seçkilərin nəticəsi Azərbaycana müəyyən mənada təsirsiz ötüşməyəcək.Bu səbəbədən də seçkilər 11 aprelə, yən bir neçə ay əvvələ çəkildi?
Mən qətiyyən bunları absurd bir yanaşma hesab edirəm. Bütün dünya bilir ki, Rusiya ilə Azərbaycan arasındə və iki prezidentlər arasında çox yaxşı münasibətlər mövcuddur. Ona görə bunlar əsassız iddialardır. Hətta ermənilərdə bu münasibətlərdən çox rahatsızdırlar. Seçki ya apreldə keçilsin ya da oktyabrda bunun son nəticəyə heç bir təsiri yoxdur. Bu seçkinin bir qalibi olduğunu hamı gözəl bilir.
-Prezidnet sekilərindən sonra növbədənkənar parlament seçkiləri keçirilərsə,Rza İbadov seçkilrə qatılacaqmı?
Bilirsiniz parlament seçkilərinə hələ 2 il var. Zamanıgəldikdə qərarımı sizinlə mütləq bölüşəcəyəm.(vətəninfo.az)



































































































