Anasının imtina etdiyi qolsuz doğulan uşaq körpələr evinə YERLƏŞDİRİLDİ

Anasının imtina etdiyi qolsuz doğulan uşaq körpələr evinə YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Anasının imtina etdiyi qolsuz doğulan uşaq körpələr evinə YERLƏŞDİRİLDİ

635862

"Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub".

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib.

“Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 1 nömrəli körpələr evinə yerləşdirilib. Körpənin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılacaq”, deyə o bildirib.

Qeyd edək ki, sözügedən oğlan uşağı 27.06.2026-cı il tarixində Sabunçu Tibb Mərkəzində dünyaya gəlib. Ana doğuşdan üç gün sonra övladından imtina edərək tibb müəssisəsini tərk edib. 

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO