Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nin kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.
Bizim.Media “Ölkə.az”a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib.
Turistlər “zipline” miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dən endirib.
Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nin kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:06 / 10.09.2026
Şəkidəki “zipline”də əvvəllər də ciddi texniki problemlər olub -VİDEO
Hazırda oxunan: Şəkidəki “zipline”də əvvəllər də ciddi texniki problemlər olub -VİDEO
Hazırda oxunan: Şəkidəki “zipline”də əvvəllər də ciddi texniki problemlər olub -VİDEO
635860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































