Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı: Gömrük Komitəsi xəbərsiz olub – FOTO/VİDEO

Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı: Gömrük Komitəsi xəbərsiz olub – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı: Gömrük Komitəsi xəbərsiz olub – FOTO/VİDEO
212143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə gətirilmiş külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsindən xəbərsiz olub. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Gömrük Postu vasitəsilə Azərbaycan ərazisinə gətirilmiş 436 kiloqram heroin maddəsi Qırmızı-Körpü gömrük postundan rahat şəkildə keçirilib. Narkotik maddə Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan aparılarkən bu ölkənin sərhəd-keçid məntəqəsində saxlanılıb. 

Saxlanılan mallara baxış zamanı məlum olub ki, TIR-a yüklənmiş yüklərin içərisində 436 kiloqram heroin maddə daşınır. 

Faktla bağlı Bolqarıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xismətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi gizlədilmiş formada narkotik vasitənin bir çox ölkənin ərazisindən keçirilməsinə dair məlumat araşdırılır. 



Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı: Gömrük Komitəsi xəbərsiz olub – FOTO/VİDEO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO