Ona “maşennik” deyən rəfiqəsini BIÇAQLADI

Ona “maşennik” deyən rəfiqəsini BIÇAQLADI

Hazırda oxunan: Ona “maşennik” deyən rəfiqəsini BIÇAQLADI
211664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinən İsmayılova Xəzangül Mustafa qızının növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində Alekseyevna Tatyana Qeorqiyevna tanınıb.

Məhkəmə prosesində bir neçə şahid dindirilib və hakim məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin mövqeyini öyrənib.

Sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək Xəzangül İsmayılovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Təqsirləndirilən şəxsin vəkili isə məhkəmədən həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edib. "Polisin nəzarəti altına vermə " qətimkan tədbiri altında olan Xəzangül İsmayılova da vəkili ilə razı olduğunu bildirib. Məhkəmə müşavirəyə gedib gəldikdən sonra hökm elan olunub və Xəzangül İsmayılova 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. 
 

Xatırladaq ki, hadisə ötən il iyun ayının 30-da ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial reabilitasiya Müəssisəsində qeydə alınıb. Belə ki, hər iki şəxs oranın daimi sakini olublar.


Münaqişəyə səbəb isə Tatyananın Xəzəngülə "maşennik" deməsi olub. Bundan sonra Xəzangül mətbəx bucağı ilə öz rəfiqəsinə ağır xəsarət yetirib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO