Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO

Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO

Hazırda oxunan: Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO
211618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəmizdə ilk dəfə Göygöl rayonunun Keşkü kəndində keçirilən "Moruq Festivalı" yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iki gün davam edən festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. 

Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou-proqramlar nümayiş olunub.

“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verib.

Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO - foto 1
Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO - foto 2
Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO - foto 3
Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO - foto 4
Göygöldə “Moruq Festivalı” başa çatdı - FOTO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO