Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərmanlar AŞKARLANDI - FOTO

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərmanlar AŞKARLANDI - FOTO

Hazırda oxunan: Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərmanlar AŞKARLANDI - FOTO
211454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qatar dartıcısına gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, sürücü və köməkçisi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Yoxlama zamanı isə nəqliyyat vasitəsinin dartıcısından gömrük orqanına bəyan olunmayan 18 adda 15 403 ədəd dərman preparatı və 114 ədəd inyeksiya qələmi aşkar olunub.

Bundan başqa, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK əməkdaşlarının apardığı yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan ümumilikdə 10100 həbdən ibarət 5 adda dərman preparatı aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərmanlar AŞKARLANDI - FOTO - foto 1
Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərmanlar AŞKARLANDI - FOTO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO