İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürüldw

İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürüldw

Hazırda oxunan: İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürüldw

208561
xa0Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.

Bunu “Report”x9da açıqlamasında İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.

Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: “Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar”x9d.

İ.Qəmbərin evə nə zaman buraxılmasına gəlincə F.İbrahimov qeyd edib ki, o, sabah təkrar müayinədən keçiriləcək və bundan sonra dəqiq qərar veriləcək.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO