SDU dünyanın bir nömrəli universiteti – Oksfordla əməkdaşlığa başladı - FOTO

SDU dünyanın bir nömrəli universiteti – Oksfordla əməkdaşlığa başladı - FOTO

Hazırda oxunan: SDU dünyanın bir nömrəli universiteti – Oksfordla əməkdaşlığa başladı - FOTO
206977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oksford Universiteti ilə Sumqayıt Dövlət Universiteti “İqlim Dəyişikliyi” tədbirləri çərçivəsində əməkdaşlığa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Oksford Universitetinin bütün rəsmi platformalarında, o cümlədən sosial media hesablarında geniş şəkildə paylaşılıb.

Oksford Universiteti (Saïd Business School) tərəfindən təşkil olunan “İqlim Dəyişikliyi Müsabiqəsi” adlı qlobal müsabiqə cari ildə Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilir. Bu barədə anlaşma memorandumu imzalanmışdır.

Müsabiqənin əsas məqsədi 15-18 yaş arası gənclər və ümumi təhsil müəllimlərini havanın çirklənməsi, ekstremal hava şəraiti, su qıtlığı, ərzaq təhlükəsizliyi və biomüxtəlifliyin itirilməsi kimi əsas iqlim problemlərinin aradan qaldırılması istiqamətində praktiki həllərin hazırlanmasına cəlb etmək və iştirakçılar arasında yaradıcılıq və tənqidi düşüncəni inkişaf etdirməkdir.

Müsabiqədə 50 yaxın ölkədən 600-dən artıq müraciət gözlənilir.

Müsabiqə iqlimi təhdid edən beş əsas problemə əsaslanır:

•⁠ ⁠havanın çirklənməsi

•⁠ ⁠ekstremal hava

•⁠ ⁠su qıtlığı

•⁠ ⁠ərzaq təhlükəsizliyi

•⁠ ⁠biomüxtəliflik
 

Qeyd edək ki, müsabiqə çərçivəsində final mərhələsinin COP29 müddətində Bakıda təşkil olunması və qaliblərin mötəbər tədbirdə mükafatlandırılması planlaşdırılır. Qaliblər, həmçinin 2025-ci ildə Oksford Universitetində (Saïd Business School) dünyanın aparıcı alimlərinin rəhbərlik etdiyi iqlim dəyişikliyi proqramında iştirak etmək hüququ qazanacaqlar.


Müsabiqədə şagirdlərdən ibarət komandanın bir üzvü və ya müəllim kimi iştirak etmək mümkündür.

Son müraciət tarixi: 16 sentyabr, 2024-cü il, gecə saat 02:59.

SDU dünyanın bir nömrəli universiteti – Oksfordla əməkdaşlığa başladı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO