Bakıda illərdir quraşdırılan işıqfor hələ də istifadəyə verilməyib – VİDEO

Bakıda illərdir quraşdırılan işıqfor hələ də istifadəyə verilməyib – VİDEO

Hazırda oxunan: Bakıda illərdir quraşdırılan işıqfor hələ də istifadəyə verilməyib – VİDEO

205958

Qəzaları azaltmaq və sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.

Bizim.Media “Xezerxeber.az”a istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir.

Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır.

Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib.

Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.

Ətraflı videosüjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO