Mehmandarovların Şuşadakı evindən FOTOLAR

Mehmandarovların Şuşadakı evindən FOTOLAR

Hazırda oxunan: Mehmandarovların Şuşadakı evindən FOTOLAR
203965
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Bakı-Füzuli-Bakı reysi ilə bir qrup media nümayəndəsi Qarabağa gəlib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Şuşada Mehmandarovların sarayında olublar.

Məlumat üçün bildirək ki, Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnib. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirib. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.

Musavat.com saytının Mehmandarovların evində hazırladığı fotoları sizə təqdim edirik.

Mehmandarovların Şuşadakı evindən FOTOLAR - foto 1
Mehmandarovların Şuşadakı evindən FOTOLAR - foto 2
Mehmandarovların Şuşadakı evindən FOTOLAR - foto 3
Mehmandarovların Şuşadakı evindən FOTOLAR - foto 4
Mehmandarovların Şuşadakı evindən FOTOLAR - foto 5
Mehmandarovların Şuşadakı evindən FOTOLAR - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO