Dənizdə batan qardaşların meyiti TAPILDI - FOTO/VİDEO

Dənizdə batan qardaşların meyiti TAPILDI - FOTO/VİDEO

Hazırda oxunan: Dənizdə batan qardaşların meyiti TAPILDI - FOTO/VİDEO
201829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 3 yeniyetmə dənizdə BATDI - VİDEO


Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub. 

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir. 

Qeyd edək ki, batan şəxslər 15 yaşlı Anar Aslanov, onun qardaşı, 16 yaşlı Abid Aslanov və qohumu, 17 yaşlı Ağaşirin Ağayevdir.
 


Dənizdə batan qardaşların meyiti TAPILDI - FOTO/VİDEO - foto 1
Dənizdə batan qardaşların meyiti TAPILDI - FOTO/VİDEO - foto 2

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO