Avtoxuliqanlıq edib görüntüləri sosial şəbəkələrdə paylaşdılar, cəzalandırıldılar – FOTO/VİDEO

Avtoxuliqanlıq edib görüntüləri sosial şəbəkələrdə paylaşdılar, cəzalandırıldılar – FOTO/VİDEO

Hazırda oxunan: Avtoxuliqanlıq edib görüntüləri sosial şəbəkələrdə paylaşdılar, cəzalandırıldılar – FOTO/VİDEO
201370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıblar.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar.

Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüququ 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.
 


Avtoxuliqanlıq edib görüntüləri sosial şəbəkələrdə paylaşdılar, cəzalandırıldılar – FOTO/VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO