
- A-
- A
- A+
Cəmiyyət
09:32 / 02.07.2024
1 dəq oxunma
65 yaşlı kişini ilan sancdı
Hazırda oxunan: 65 yaşlı kişini ilan sancdı
200020
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəki sakinini təsərrüfatda ilan sancıb. Hadisə rayonun Daşüz kəndində qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Daşüz kənd sakini 65 yaşlı Fadəddin Orucov bu gün səhər erkən saatlarında fərdi təsərrüfatında işləyərkən onu ilan sancıb.
O, hadisədən sonra evinə gəlib və yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasında dərhal ona ilan əleyhinə zərdab vurulub.
Həyata keçirilən müayinələr zamanı bəlli olub ki, pasiyent bir qədər keçikdiyindən zəhər bədəndə yayılıb. Ona görə Fadəddin Orucov reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu, müalicəsinin davam etdirildiyini bildirib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































