Xətaidə çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Xətaidə çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Xətaidə çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

19800

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında başlamış yanğın söndürülüb.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Qeyd edilib ki, çoxmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin bir otağında plastikdən ibarət pəncərə çərçivəsi və bir ədəd kondisioner, eyvanında bir ədəd dolab yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

***

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Hazırda binanın yuxarı mərtəbəsindəki  mənzildə yanğın davam edir.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO