"Qarabağın azadlığını istəyirlərsə məni Ərdoğanla görüşdürsünlər..."

Hazırda oxunan: "Qarabağın azadlığını istəyirlərsə məni Ərdoğanla görüşdürsünlər..."

196938
"Bu Allahın islam birliyi üçün, Türkiyənin qurtuluşu o cümlədən də Qarabağın azadlığı üçün bizlərə verdiyi bir şansdır."

Özünü İmam Mehdi adlandıran azərbaycanlı Kazım Əziz Moderator.az -a müraciət edərək Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı onunla görüşmək istədiyini bəyan edib.

O bunun üçünxa0Türkiyə ilə sıx əlaqələri olan şəxslərin yardımına ehtiyacı olduğunu bildirib:

"Baş nazir olarkən 2013 - cü ildə Ankarada görüşüm zamanı Cumhurbaşkanı seçkisində də qalib gələrək Prezident olacağını şəxsən özünə söyləyərək xeyir dua verdiyim hörmətli Rəcəp Tayyib Ərdoğan gəlir. Bu Allahın islam birliyi üçün, Türkiyənin qurtuluşu, o cümlədən də Qarabağın azadlığı üçün bizlərə verdiyi bir şansdır. 3 ilə yaxındır Türkiyəyə gedib Ərdoğanla görüşmək istəyirdim, Allah onun özünü göndərib. Odur ki, Türkiyə ilə sıx əlaqələri olan Adil Əliyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Fazil Mustafa, Tənzilə Rüstəmxanlı, və Cığatel İsaqızından hər kəs xahiş etsin ki, Ərdoğanla görüşümə dəstək olsunlar. Ən azından məktubumu, yaxud məktubun qısa məzmununu Ona çatdırsınlar, əgər Türkiyəni sevirlərsə, Qarabağın azadlığını da istəyirlərsə.. Siz isə maksimum, təkrar təkrar da olsa bu müraciəti paylaşın.! Allah hamını mənim vasitəmlə sınağa çəkir. Odur ki, kimin kimliyini və nəyə qadir olduğunu sonda mən bəyan edəcəm! Ölməz şairimiz Xəlil Rza Ulutürkün də və bütün şəhidlərimizin də ruhu şad olar!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO