Xankəndidə mobil şəbəkə problemi YAŞANIB

Xankəndidə mobil şəbəkə problemi YAŞANIB

Hazırda oxunan: Xankəndidə mobil şəbəkə problemi YAŞANIB

196807

Bu gün Xankəndidə "Azercell" mobil şəbəkəsində problemi yaşanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, Xankəndi ərazisində "Azercell" şəbəkəsi işləmir. Yalnız "WhatsApp"la əlaqə saxlamaq mümkündür.

Məsələ ilə bağlı "Azercell Telekom" MMC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq fakt təsdiqləndi.

"Bildiririk ki, 11 iyun 2024-cü il tarixində qısa müddət ərzində Xankəndi şəhərinin inzibati ərazisinin bəzi hissələrində olan abunəçilərin "Azercell Telekom" MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklər ilə qarşılaşması mümkün idi. Yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb, müvafiq ərazidə tam normal əsaslarla xidmət göstərilməsi imkanı qısa müddət ərzində təmin edilib", - deyə açıqlamada bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO