"Təkrar müraciətlərə baxıldıqda 30 faizin əlilliyinin əsassız olduğu üzə çıxıb" - Sahil Babayev

Hazırda oxunan: "Təkrar müraciətlərə baxıldıqda 30 faizin əlilliyinin əsassız olduğu üzə çıxıb" - Sahil Babayev
19552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycanda əlillik artıq dar çərçivədə dəyərləndirilməyəcək" - Nazir


O bildirib ki, buna görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir.

İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO