Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi- FOTO

Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi- FOTO

Hazırda oxunan: Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi- FOTO

195335
Almaniyada fəaliyyət göstərən Avropalı Türk İş Adamları Birliyinin üzvləri Macarıstanın Sopron şəhərində bir araya gəliblər. Görüşdə Azərbaycanlı iş adamları iştirak ediblər.

Bu barədə məlumatı toplantıda iştirak edən “Qardaşlıq”x9d Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli verib.

“Toplantıda son zamanlar Türkiyə və qardaş Azərbaycana yönələn təpkilərin qarşını almaq, Avropada yaşayan türk əsilli iş adamlarının daha da səmərəli çalışmaları üçün ortaq yolların araşdırılması müzakirə olunub. İclasda Türkiyənin tanınmış simalarından Gəbzə Ticarət Odası başqanı Nail Çilər iştirak edib”x9d,-deyə R.Əmirli bildirib.

Ramiz Əmirli Nail Çilər çıxışında son zamanlar iki ölkəyə qarşı olan təzyiqlərə diqqət çəkib:
“Nail Çilər təzyiqlərin qarşısını almaq üçün vacib addımların atılması barədə geniş söz açdı. İqtisadi cəhətdən Türkiyənin daha da qüvvətlənməsinin çox vacib olmasına diqqət çəkdi. İclasda 10-dan Avropa ölkəsindən dəvət almış iş adamları və ATGB nümayəndələri arasında açıq fikir mübadiləsi aparıldı.xa0 Gələcək planlarla bağlı qərarlar qəbul olundu. Sonda çıxış edən ATGB başqanı Orhan Buyurman iştirakçılara öz təşəkkürünü bildirib”x9d.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO